Avropada günəş enerjisi istehsalı rekord səviyyəyə çatıb

2021-ci ilin iyun-iyul aylarında 27 Avropa İttifaqı (Aİ) ölkəsində istehsal edilmiş ümumi elektrik enerjisininin 10 %-i günəş enerjisininin payına düşüb. Bu göstərici tarixi rekord hesab edilir.

Bu barədə enegetika üzrə ixtisaslaşmış “Ember” analitik mərkəzi məlumat yayıb.

Bundan başqa, 7 Aİ ölkəsində istehsal edilmiş elektrik enerjisinin 10 %-dən çox hissəsini günəş enerjisi təşkil edib. Söhbət Niderland (17 %), Almaniya (17 %), İspaniya (16 %), Yunanıstan (13 %) və İtaliyadan (13 %) gedir. Səkkiz ölkədə isə günəş enerjisinin istehsalı üzrə rekord müəyyən edilib. Macarıstan 2018-ci ilin iyun-iyul ayları ilə müqayisədə günəş enerjisinin payını 4 dəfə, Niderland və İspaniya 2 dəfə artırıb. Hesabat dövründə Estoniya və Polşada günəş enerjisinin payı demək olar ki sıfır səviyyədən 10 % və 5 %-ə kimi artıb.

Bununla belə, günəş batareyaları hələ də kömürlə çalışan elektrik stansiyalarından daha az elektrik enerjisi istehsal edirlər. Hesablamalara görə, Aİ-nin 2030-cu il üzrə tullantılarla bağlı hədəflərinə çatmaq üçün illik günəş enerjisi istehsalı 2 dəfə artmalıdır.

Qeyd edilir ki, Avropada hətta yayın pik aylarından belə günəş batareyaları hələ də kömürlə işləyən elektrik stansiyalarından daha az elektrik enerjisi istehsal edir.

Comment