Türkiyədə Milli Süni Zəka Strategiyası (2021-2025) müəyyən olunub.
Bununla bağlı “Resmi Gazete”də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı dərc olunub.
Strategiya 11-ci İnkişaf Planı çərçivəsində Sənaye və Texnologiya Nazirliyi və Prezident Administrasiyasının aidiyyatı ofisi tərəfindən birgə hazırlanıb. Sənəddə Türkiyənin 2025-ci ildə süni zəka sahəsində nail olmağı planlaşdırdığı hədəflər təsvir olunub.
Bildirilib ki, 24 avqustda keçiriləcək mərasimdə Milli Süni Zəka Strategiyası ictimaiyyətə təqdim olunacaq.