Hollivud aktrisası Nikol Kidman Honkonqa yollandıqdan sonra karantin qaydalarına riayət etmədiyi üçün yerli əhalini qəzəbləndirib.
Çinin xüsusi inzibati bölgəsinin səlahiyyətliləri “The Expats” serialı üçün ölkəyə gələn sənətçiyə özünü təcrid rejiminə riayət etməməsinə icazə veriblər. Halbuki xarici ölkələrdən gələn digər vətəndaşlar bir həftədən 21 günə qədər təcrid olunmalıdırlar. Özü də bu peyvənd vurdurmuş insanlara da aiddir.
Bu ayrı-seçkilik sosial şəbəkələrdə narazılığa səbəb olub. İstifadəçilər, aktrisanın imtiyazlı mövqeyindən istifadə edərək Honkonq xalqına hörmətsizlik etdiyini bildiriblər.