Azərbaycan mis ixracını 3 dəfədən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 11,51 milyon ABŞ dolları dəyərində mis və ondan hazırlanan məmulatlar idxal edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,988 milyon ABŞ dolları (14,7 %) azdır.

Yeddi ay ərzində Azərbaycanın mis və ondan hazırlanan məmulatlar ixracının dəyəri isə 32,109 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 21,78 milyon ABŞ dolları (3,1 dəfə) çoxdur.

Hesabat dövründə mis və ondan hazırlanan məmulatların idxalı Azərbaycanın ümumi idxalının 0,18 %-ni, ixracı isə ümumi ixracın 0,28 %-ni təşkil edib.

Comment