Bu ilin yanvar-iyul aylarında Azərbaycan 1 milyard 008,8 milyon ABŞ dolları dəyərində nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular, onların hissələrini idxal edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 100,322 milyon ABŞ dolları (11 %) çoxdur.
Yeddi ay ərzində Azərbaycanın nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; onların hissələri ixracının dəyəri isə 20,323 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 11,593 milyon ABŞ dolları (36,3 %) azdır.
Hesabat dövründə nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; onların hissələri üzrə idxal Azərbaycanın ümumi idxalının 16,2 %-ni, ixrac isə ümumi ixracın 0,18 %-ni təşkil edib.