5 ildir müğənni Bülənt Ərsoyla məhkəməlik olan Onur Akay ondan yenə şikayətçi olub.
Məhkəməni udan Onur vəkillərin pulunu verməyən Ərsoyu icraya verib.
Bülənt kişi vaxtlarında lentə alınan və heç yerdə yayımlanmayan şəkillərini sosial şəbəkədə paylaşan müğənni Onur Akayı 2016-cı ildə məhkəməyə verərək, 50 min lirə təzminat istəyib. 5 il davam edən məhkəmə mayda bitib.
Onur məhkəmədə qalib gəlmiş və vəkillərin xərcini Büləntin ödəməsi ilə bağlı hakim qərar verib. Ərsoy hələ də vəkillərin pulunu vermədiyi üçün şikayət edilib. İfaçı yaxın gündə pulu ödəməsə əmlakı müsadirə olunacaq.