BMT “Taliban”ı insan haqları ilə bağlı öhdəliklərə riayət etməyə çağırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) insan hüquqları üzrə ali komissarı Mişel Baçelet Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasını insan haqları ilə bağlı öhdəliklərə riayət etməyə çağırıb.

M.Baçelet BMT tərəfindən Əfqanıstandakı vəziyyətin monitorinqi və “Taliban”ın öhdəlikləri yerinə yetirməsinin müşahidəsi üçün xüsusi mexanizm yaradılmasını təklif edib.

“Əfqanıstanda “Taliban” təmsilçiləri öz üzərlərinə konkret öhdəliklər götürüblər. Qadınların işləmək hüquqlarına hörmət etmək, qızların məktəbə getmək və təhsil hüququnun qorunması, etnik və dini azlıqların haqlarının təmin edilməsi, keçmiş hökumət və beynəlxalq birliklə əməkdaşlıq etmiş şəxslərə qarşı repressiyalardan çəkinmək öhdəlikləri ilə bağlı bütün məsuliyyət “Taliban”ın üzərindədir”, - ali komissar vurğulayıb.

Comment