Bu ilin yanvar-iyul aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,3 % artaraq 2 milyard 426 milyon manat olub.
Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 035 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 83,9 %-ni təşkil edib.