Türkiyənin "Bursaspor" klubunun yeni baş məşqçisi bəlli olub.
"Timsahlar" Fatih Tekkeyə tapşırılıb.
44 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. O, bu postda Mustafa Eri əvəzləyib.
Fatih Tekke 1997 - 2007-ci illərdə Türkiyə millisinin formasını geyinib. Keçmiş hücumçu yığmanın heyətində 32 oyuna 9 qol vurub.
Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Namik Ələskərov avqustun 14-də "Bursaspor"la iki illik müqavilə imzalayıb.