Dünyaca məşhur yunan top model və teleaparıcı Afroditi Barba Afina yaxınlığındakı Qlifada şəhərində polis tərəfindən saxlanılıb.
31 yaşlı modelin lüks avtomobilindən satış üçün nəzərdə tutulmuş narkotik maddə tapılıb.
Hər biri 1 qram olmaqla, toplam 35 qramlıq kokain sürücü kreslosunun altında gizlədilib.
Hazırda yerli hüquq mühafizə orqanları həbs olunan məşhurun işilə bağlı istintaq aparır.
Qeyd edək ki, Barba 2011-ci ildə “Miss Playboy”, daha sonra isə “Next Top Model” mükafatlarını qazanıb.