Nigeriyada 47,6 min insanda vəba aşkarlanıb, 1,7 min nəfər epidemiyadan ölüb

Cari ilin əvvəlindən Nigeriyada 1 768 nəfər vəbadan ölüb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi (NCDC) məlumat yayıb.

Məlumata görə, yalnız son həftə 72 nəfər kəskin infeksiyadan vəfat edib.

Mərkəz bildirilib ki, yanvarın 1-dən avqustun 14-dək epidemiya 23 ştatı bürüyüb. Siyahıya həmçinin paytaxt Abuca da daxildir.

Qeyd edilən dövrdə 47 603 nəfərdə vəba aşkar edilib.

Nigeriyada həmçinin COVID-19 infeksiyası da sürətlə yayılmaqda davam edir.

Comment