Azərbaycan kauçuk idxalına çəkdiyi xərci 25 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 81,151 milyon ABŞ dolları dəyərində kauçuk, rezin və onlardan hazırlanan məmulatlar idxal edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,318 milyon ABŞ dolları (25,2 %) çoxdur.

Yeddi ay ərzində Azərbaycanın kauçuk, rezin və onlardan hazırlanan məmulatlar ixracının dəyəri isə 275 min ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 471 min ABŞ dolları (2,7 dəfə) azdır.

Hesabat dövründə kauçuk, rezin və onlardan hazırlanan məmulatlar üzrə idxal Azərbaycanın ümumi idxalının 1,29 %-ni, ixrac isə ümumi ixracın 0 %-ni təşkil edib.

Comment