Yasamalda ustanı elektrik cərəyanı vuraraq öldürüb

Bakıda usta elektrik cərəyanı vurması nəticəsində ölüb.

Bu barədə hadisə şahidləri məlumat verib.

Bildirilib ki, hadisə Yasamal rayonu, Moskva prospekti 75 a ünvanında qeydə alınıb. Belə ki, orada yerləşən binanın fasadında təmir işləri aparan Ceyhun adlı ustanı elektrik cərəyanı vurub.

Usta binada təmir işləri aparan digər şəxslərin köməkliyi ilə aşağı düşürülüb və ona ilkin yardım göstərilməsinə başlanılıb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin təcili yardım gələnə qədər həmin şəxs keçinib.

Comment