Bakıda qardaş qardaşı bıçaqlayıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Qarabağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsində qardaşlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Bıçaqlanan 1984-cü il təvəllüdlü Amonov Yaqub Ozan oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol bazu nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Comment