Azərbaycan 2022-ci ildə şimal istiqamətində neft ötürülməsini artırmağı planlaşdırır

Azərbaycan Rusiyanın əsas neft boru kəmərlərinin operatoru “Transneft” şirkətinə 2022-ci ildə şimal kəməri ilə neft ötürülməsinin bu il üçün planlaşdırılan 1,09 milyon tondan 1,209 milyon tonadək artırılması haqqında sorğu göndərib.

Azərbaycan 1997-ci ilin noyabrından etibarən Bakı-Novorossiysk kəməri ilə neft ixrac edir. Yanvar ayının sonunda “Transneft” və SOCAR 2021-ci ildə bu xəttlə 1 milyon tondan çox neft ixrac edilməsi haqqında müqavilə imzalayıblar.

2021-ci ilin yanvar-iyul aylarında şimal neft kəməri vasitəsilə 583,29 min ton, iyul ayında isə 84,74 min ton göndərilib.

2020-ci ildə Bakı-Novorossiysk neft kəməri ilə 613,29 min ton ixrac edilib.

Comment