Cənubi Koreya kosmosa Ayı tədqiq edəcək orbital aparat göndərəcək

Cənubi Koreyanın Ayı tədqiq edəcək ilk orbital aparatının hazırlanması oktyabr ayında tamamlanacaq.

Bu barədə ölkənin Elm, İnformasiya və Kommunikasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, aparatın növbəti ilin avqust ayında kosmosa göndərilməsi planlaşdırılır. Orbital aparata NASA-nın hazırladığı yüksək dəqiqlikli kamera quraşdırılacaq. Aparat bir il ərzində ABŞ-ın “Artemis” proqramı üçün Ayın səthi haqqında məlumatlar toplayacaq.

Comment