Ajda Pekkan izləyiciləri çaş-baş qoydu

Türkiyənin pop ulduzu Ajda Pekkan son görünüşü ilə yenə illərə meydan oxuyub.

Onun dünən İstanbul konsertindən “Instagram”da paylaşdığı görüntülər izləyicilərini yenə çaş-baş salıb.

75 yaşlı müğənninin xarici görünüşü onun yenidən plastik əməliyyat etdirməsi fikirlərini ortalığa atıb. Bəzi izləyicilər isə müğənninin konsertdən görüntülərinin “Photoshop” olduğunu yazıblar.

Qeyd edək ki, fiziki görünüşünə görə yaşından çox-çox cavan görünən Pekkanın bundan əvvəlki paylaşımlarına da reaksiyalar eyni olub.

 

Comment