“Kurtlar vadisi”nin Mematisindən üzücü xəbər

“Kurtlar vadisi” serialında Memati baş obrazı ilə tanınan aktyor Gürkan Uyqun koronavirusa yoluxub.

Hazırda çəkilişləri Ankarada reallaşdırılan “Teşkilat” serialında rol alan Gürkanın səhhəti qəfildən pisləşib və o, COVID-19 testi etdirib.

Aktyorun test nəticəsi müsbət çıxıb. Bundan sonra Uyqun evində karantinə alınaraq yataq rejimində müalicə olunmağa başlayıb. Onun rol aldığı ekran işinin çəkilişləri isə dayandırılıb.

Comment