Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə şəxsi həyatı ilə gündəmə gəlib.
“Re Touch Mag” jurnalına müsahibə verən aktrisa şəxsi həyatına aid bir sıra məqamlara toxunub.
Uzun müddətdir həmkarı Göghan Alkanla eşq yaşayan və tez-tez küsüb barışan Cavadzadə açıqlaması ilə diqqət çəkib.
"Sevgi sizin üçün nə deməkdir?" sualına aktrisa “Mənim üçün sevgi cəsarətdir. Qorxaq adamlar aşiq ola bilməz. Cəsarət sadəcə bir tərəfdə olmamalıdır. Sevgi üçün hər iki tərəfdə də cəsarət olmalıdır” cavabını verib.
Xatırladaq ki, Nəsrin sevgilisi Gökhanla “Yasak elma” serialında tanış olaraq eşq yaşamağa başlayıb.