Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəli quraşdırılır

Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəli ucaldılacağı yerə, “İçərişəhər” stansiyasının qarşısına aparılıb.

Bunu abidənin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov deyib.

Onun sözlərinə görə, heykəl hələ tam quraşdırılmayıb: “Tam yerində deyil. Üç-dörd gün olar ki aparıblar. Hələ orada təmir gedir, pilləkənləri dəyişirlər. Açılışının vaxtı ilə bağlı dəqiq xəbər yoxdur”.

Comment