“Fənərbağça”da qadın futbol komandası yaradıldı

Türkiyənin aparıcı idman klublarından olan “Fənərbağça”nın tərkibində qadın futbol komandası yaradılıb.

Bu münasibətlə Şükrü Saracoğlu adına idman kompleksində təqdimat mərasimi keçirilib.

Tədbir zamanı yeni kluba Cessika Lin Çarmıklının rəhbərlik edəcəyi açıqlanıb. Həmçinin komandanın baş məşqçisi vəzifəsinə Nihan Sunun təyin edildiyi bildirilib.

Qeyd edək ki, bir neçə gün öncə “Qalatasaray”da da anloji addım atılıb və klubun qadın futbol komandası formalaşdırılıb.

Comment