Abşeronda taksi digər avtomobillə toqquşub, xəsarət alan var

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində taksidə olan sərnişin, 1989-cu il təvəllüdlü Atababayeva Həmidə Xələf qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Comment