Nərimanovda yol qəzasında bir nəfər xəsarət alıb

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1985-ci il təvəllüdlü Əliyeva Günay Ramiz qızı xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Faktla bağlı araşdırma aparılır.

Comment