“Arsenal”ın sabiq futbolçusu Braziliya klubuna keçib

“Arsenal” komandasının keçmiş futbolçusu David Luiz karyerasını “Flamenqo”da davam etdirəcək.

Bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı müdafiəçi ilə müqavilə 2022-ci ilin sonunadək qüvvədə olacaq.

Xatırladaq ki, Luiz 2019-cu ildən "Arsenal"da oynayır, keçən mövsüm İngiltərədə 20 oyun keçirib və cəmi 1 qol vurub.

Comment