Sudanda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var

Sudanda ağır yol qəzası olub.

Bu barədə “Sinxua” yerli polisə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə ölkənin cənub-şərqindəki Əl-Cəzirə əyalətində baş verib. Belə ki, Al-Kamlin şəhəri yaxınlığında sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində azı 8 nəfər həlak olub, daha 13 nəfər xəsarət alıb.

İlkin məlumata görə, hadisəyə sürət həddinin aşılması səbəb olub.

Comment