Sabirabadda minik avtomobilləri toqquşub, xəsarət alan var

Sabirabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qaratəpə kəndidə qeydə alınıb. Belə ki, “Ford” markalı avtomobilin “Kia” markalı avtomobillə toqquşması nəticəsində 1977-ci il təvəllüdlü Vəliyev Habil Əkbər oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comment