Azərbaycan bu il xalis maliyyə aktivlərini 700 milyon dollara yaxın artırıb

Bu ilin I yarısında Azərbaycan xalis maliyyə aktivlərini 695,6 milyon ABŞ dolları məbləğində artırıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər veririk.

Məlumata görə, artımı xaricdən cəlb olunmuş xalis birbaşa investisiyaların 182,7 milyon ABŞ dolları artması (2,8 dəfə az), portfel investisiyalarının 255 milyon dollar artması (1 il bundan əvvəl azalma olub), digər investisiyaların isə 257,9 milyon dollar artması (22,6% az) təmin edib.

Comment