Bu ilin I yarısında Azərbaycanın tədiyə balansının ümumi qalığı 1 milyard 261,3 milyon ABŞ dolları təşkil edib. Halbuki ötən ilin eyni dövründə tədiyyə balasında 957,5 milyon ABŞ dollarlıq kəsir yaranmışdı.
Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 1 milyard 878,4 milyon ABŞ dollarlıq qalıq (illik müqayisədə 3,1 dəfə çox), kapital hesabındakı 4,6 milyon ABŞ dollarlıq kəsir (40,3 % az), maliyyə hesabındakı 578,5 milyon ABŞ dollarlıq kəsir (39 % az), balanslaşdırıcı maddələr üzrə 34 milyon ABŞ dollarlıq kəsir (17,6 dəfə az) hesabına formalaşıb.