Avropa Liqası: Mahir Emrelinin komandası "Spartak"la qarşılaşacaq

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

İlk oyun günündə 1 qarşılaşma keçiriləcək.

Açılış matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya"sı Rusiyada "Spartak" (Moskva) klubu ilə üz-üzə gələcək.

"Spartak" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

Avropa Liqası

Qrup mərhələsi, I tur

C qrupu

18:30. "Spartak" (Moskva, Rusiya) - "Legiya" (Polşa)

Moskva, "Spartak" stadionu

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin digər matçları sentyabrın 16-da baş tutacaq.

Comment