Ağstafa rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Hadisə rayonun Xılxına kəndində qeydə alınıb.
Belə ki, 17 yaşlı şəxs bir neçə bıçaq xəsarəti alıb. Daha sonra o, xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi isə hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.