Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı informasiya və rabitə müəssisələri 1,5 milyard manatlıq xidmət göstərib.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur.
8 ay ərzində göstərilmiş xidmətlərin 75%-i əhali sektoruna aid olub, 81 %-i qeyri-dövlət sektorunun payına düşüb.