Türkiyəli müğənni Aynur Aydın "YouTube"da yayımlanan "Haber bahane" proqramında qonaq olub.
Almaniyada doğulan sənətçi uşaqlıq illərində yaşadığı çətin anlardan danışıb:
"Küçədən zibil yığırdım, anam isə evlərdə xadimə işləyirdi. Həyatımız ancaq çalışmaqla keçib. 16 yaşımdan çörək sexində, mağazalarda satıcı və restoranlarda qabyuyan kimi işləmişəm".