Azərbaycan kauçuk idxalına çəkdiyi xərci 20 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 90,323 milyon ABŞ dolları dəyərində kauçuk, rezin və onlardan hazırlanan məmulatlar idxal edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,394 milyon ABŞ dolları (20,5 %) çoxdur.

Səkkiz ay ərzində Azərbaycanın kauçuk, rezin və onlardan hazırlanan məmulatlar ixracının dəyəri isə 286 min ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 528 min ABŞ dolları (2,8 dəfə) azdır.

Hesabat dövründə kauçuk, rezin və onlardan hazırlanan məmulatlar üzrə idxal Azərbaycanın ümumi idxalının 1,23 %-ni, ixrac isə ümumi ixracın 0 %-ni təşkil edib.

Comment