Azərbaycan Premyer Liqası: Tura "Qarabağ"ın oyunu ilə yekun vurulur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq.

Turun son oyununda "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. "Azersun Arena"dakı qarşılaşma saat 19:00-da başlayacaq.

Hazırda Ağdam klubu 7 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Rəqibindən 1 xal az toplayan "gənclik şəhəri" təmsilçisi isə 4-cü sırada yer alıb. Komandalar indiyədək ölkə çempionatında 35 dəfə üz-üzə gəliblər. Bu matçların 25-də meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıblar. 5 qarşılaşma isə heç-heçə yeunlaşıb. Topların nisbəti də "köhlən atlar"ın xeyrinədir - 77:18.

“Sumqayıt” 5 oyundur rəqibinə qalib gələ bilmir. “Qarabağ” isə son 11 ev matçında qələbə qazanıb.

Qeyd edək ki, IV turun ilk oyun günündə "Qəbələ" evdə "Səbail"i 5:0 hesabı ilə darmadağın edib, "Zirə" "Sabah"la sülh bağlayıb - 1:1. Ötən gün baş tutan matçda isə "Neftçi" "Keşlə"nin qapısından 3 cavabsız top keçirib.

Azərbaycan Premyer Liqası

IV tur

20 sentyabr (bazar ertəsi)

19:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”.

Comment