Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 163,2 milyon ABŞ dolları dəyərində 24 508 ədəd minik avtomobili idxal edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, illik müqayisədə avtomobillərin sayı 9 519 ədəd və yaxud 63,5 % artıb.

8 ayda Gürcüstandan təkrar ixrac olunan maşınların ümumi dəyəri 293,3 milyon ABŞ dollarına bərabər olub ki, bunun da 55,6 %-i Azərbaycanın payına düşüb.

Comment