Paytaxtda avtomobil orta yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1967-ci il təvəllüdlü İmanov Edson Barat oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ baldır və qasıq sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comment