Elbrus dağında 5 turist əlverişsiz hava səbəbindən həlak olub

Elbrus dağında əlverişsiz hava şəraiti ilə səbəbindən həlak olan rusiyalı turistlərin sayı 5 nəfərə çatıb.

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.

Qeyd edilir ki, qrupun tərkibində 19 nəfər olub. Alpinistlərin olduğu ərazidə küləyin sürəti saniyədə 50-70 metrə çatıb, havanın temperaturu mənfi 20 dərəcəyə enib. Onlar əlverişsiz hava şəraitində 3 900 metrdən yüksək zirvədə qaldıqlarından kömək istəyiblər.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri alpinistlərin olduğu əraziyə cəlb olunub və onların 14-ü tapılaraq xilas edilib. Onlardan bir neçəsinin vəziyyətinin orta-ağır olduğu bildirilir. Bununla da alpinistlərin xilasetmə əməliyyatı başa çatıb.

Comment