Bakıda "Zəfər" yarmarkası keçiriləcək

Dənizkənarı Bulvarda 44 günlük Vətən müharibəsində qələbəyə həsr olunan “Zəfər” yarmarkası keçiriləcək.

“Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutacaq tədbirdən əldə olunan gəlir şəhid ailə üzvləri və yaralılara dəstək olmaq məqsədilə “YAŞAT” Fonduna ianə ediləcək.

“Zəfər” yarmarkasında iştirak etmək istəyən şirkətlər 8110 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Comment