Türkiyəli məşhur aktrisa Ayşəgül Çinar İstanbulda hoteldə sevgilisi ilə dalaşıb.
Aktrisanın sevgilisi Furkan Çalıkoğlu onlara müdaxilə etmək istəyən hotel işçilərinə və polislərə bıçaqla hücum edib.
Nəticədə o, 5 işçini, 7 polisi yaralayıb.
Aktrisa və sevgilisi polis idarəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 3 ay əvvəl avtomobilində narkotik maddə tapılan A.Çinar nəzarətə götürülüb. O, narkotikin sevgilisi tərəfindən maşınına qoyulduğunu deyib.