Azərbaycan və Yaponiya arasında parlamentlərarası əməkdaşlıq müzakirə edilib

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Yaponiya Parlamentinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Minoru Kiuçi ilə görüşüb.

Bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin feysbuk səhifəsindəki paylaşımda deyilir.

“Bu il 12 yanvar tarixində səfir Gürsel İsmayılzadə Yaponiya Parlamentinin Nümayəndələr Palatasının üzvü və Nümayəndəler Palatasının Xarici Əlaqələr Komitəsinin sədri cənab Minoru Kiuçi ilə görüşüb və ikitərəfli əlaqələrin, xüsusilə Azərbaycan və Yaponiya parlamentləri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə müzakirələr aparıb”, - paylaşımda deyilir.

Comment