“Qarabağ” klubu növbəti transferini açıqlayıb.
"Köhlən atlar" Leandro Andrade ilə müqavilə imzalayıb.
Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb.
Andrade komandada 15 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Qarabağ" daha əvvəl hücumçu Rüstəm Əhmədzadə və qapıçı Luka Quqeşaşvilini heyətinə qatıb.