Qəbələdə evdə yanğın olub, xəsarət alan var

Qəbələ rayonunda evdə yanğın olub, xəsarət alan var.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Nic qəsəbəsində ümumi sahəsi 252 m² (hər mərtəbəsi 126 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Comment