“Koreya yarımadasındakı vəziyyətin daha da pisləşmək potensialı var”.
Bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.
“Problem həll olunmamış qalır. Vəziyyətin daha da pisləşmək potensialı var. Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən yeni raket buraxılışı ilə bağlı hər bir xəbər son dərəcə narahatedicidir”, - o bildirib.
Stefan Düjarrik vurğulayıb ki, BMT-nin Baş katibi Antonio Quterreş Koreya yarımadasının tam və yoxlanıla bilən nüvəsizləşdirilməsi üçün bütün maraqlı tərəfləri dialoqun bərpasına çağırır.
Qeyd edək ki,
Bu, cari ildə KXDR-in 2-ci raket sınağıdır. Pxenyan yanvarın 5-də hipersəsli ballistik raket sınağını uğurla həyata keçirdiyini açıqlayıb.