Fransa və müttəfiqləri Malidən qoşunlarını çıxaracaq

Fransa, onun “Takuba” əməliyyatı üzrə müttəfiqləri, həmçinin Kanada kordinasiyalı şəkildə Malidən qoşunlarını çıxaracaq.

Bu barədə Fransa Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, qoşunların çıxarılmasına səbəb Bomakodakı xunta ilə münasibətlərin pisləşməsidir.

Xatırladaq ki, Malidəki yerli xunta Rusiya dəstəkli “Vaqner” hərbi birləşməsi ilə sıx əməkdaşlıq edir.

Comment