Azərbaycanlı futbolçu: "Nepal çempionu olduğum üçün xoşbəxtəm"

"Sadəcə, xoşbəxtəm. Çempion olduq və titul qazandıq".

Bunu Nepalın "Maçhindra" klubunda çıxış edən azərbaycanlı futbolçu Nurlan Novruzov ölkə çempionu olması barədə danışarkən deyib.

29 yaşlı hücumçu ilk dəfə A Divizionunda çıxış etdiyini xatırladıb: "Çempion olduğum üçün çox məmnunam. Komandada yaxşı və şən vaxt keçirdik. Fikrimcə, bir ailə olmağı bacardıq".

Qeyd edək ki, "Maçhindra" sona iki tur qalmış "Satdobato Gənclər Klubu"nu 1:0 hesabı ilə üstələyib. Novruzov qarşılaşmada qələbə qoluna imza ataraq komandasını çempion edib. Forvard 2021-ci ildən bu komandanın formasını geyinir, hücumçu daha əvvəl Nepalda "Lalitpur Siti"nin şərəfini qoruyub.

Comment