ABŞ-ın məşhur basketbolçusu Tokio olimpiadasına getməyəcək

"Los-Anceles Leykers" komandasında çıxış edən basketbolçu Lebron Ceyms ABŞ millisindəki karyerasını başa vurub.

Bu barədə Los-Anceles təmsilçisinin baş meneceri Cerri Kolancelo ESPN-ə açıqlamasında məlumat verib.

O bildirib ki, 37 yaşlı oyunçu Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcək: "Zaman öz təsirini göstərir. İnsan bədəni hansı idman növündən asılı olaraq müəyyən bir müddət yükə davam gətirir, sonra vəziyyət pisləşir. Lebron Ceyms olimpiadada iştirak etməmək qərarına gəlib, çünki həyatında baş verən bir çox vacib hadisə var. Düşünürəm ki, onun millidəki dövrü artıq başa çatdı".

Qeyd edək ki, Lebron Ceyms 2008 və 2012-ci illlərdə olimpiadanın qalibi olub.

Comment