Uqandada yüzlərlə insan saxta COVID-19 vaksini ilə peyvənd edilib

Uqandada azı 800 nəfər koronavirusa qarşı saxta vaksinlə peyvənd olunub.

"Bu vaksinin etiketlərinin tərkibinin ya haradansa oğurlanmasına ya da saxtalaşdırılmasına dair şübhələr var, - səhiyyə idarəsinin başçısı Vallen Naamar bildirib.

Naamarın sözlərinə görə, saxta preparatla vaksinləmə mayın 15-dən iyunun 17-dək aparılıb. Vaksinləməni həyata keçirən həkim ölkədən qaçıb, iki tibb bacısı həbs edilib.

Səhiyyə üzrə idarənin başçısı həmçinin qeyd edib ki, COVID-19-a qarşı praktik olaraq bütün vaksinlər 5 ml həcmə malikdirlər. Amma saxta ampulaların həcmi daha böyükdür.

Qeyd edilir ki, dələduzlar indiki preparatın yerinə ampulalara su tökə bilərlər.

Comment