İngiltərədə təyyarə qəzası baş verib, ölənlər var

İngiltərənin Qərbi Sasseks qraflığında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb.

"Təəssüf ki, qəza zamanı iki kişi həlak olub", - xəbərdə qeyd edilir.

Məlumata görə, ölənlər 65 və 58 yaşlı şəxslərdir.

Qəzanın başvermə səbəbləri açıqlanmır.

Comment