İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salahın Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyi dəqiqləşib.
Misirin olimpiada yığmasının baş məşqçisi Şoki Qarib 29 yaşlı yarımmüdafiəçinin adını 22 nəfərlik siyahıya daxil etməyib.
Qeyd edək ki, Tokio olimpiadası 23 iyul - 8 avqustda keçiriləcək. Misir millisi qrup mərhələsində İspaniya, Avstraliya və Argentina ilə mübarizə aparacaq.