Kadir Doğulu: “Neslihan tətilə mənsiz getdi”

Türkiyəli məşhur aktyor Kadir Doğulu İstanbulda dostları ilə restorandan çıxan zaman kameralara tuş gəlib.

“Hürriyet” xəbər verir ki, o jurnalistlərin sualını cavablandırıb və sevənləri ilə şəkillər çəkdirib.

Doğulu həyat yoldaşı Neslihan Atagülün səhhəti ilə bağlı sualı da cavablandıraraq artıq onun sağaldığını və tətilə getdiyini deyib.

“Çox şükür çox yaxşıdır. Ailəsi ilə tətilə gedib. Mən işlərimə görə onlara qoşula bilmədim. Onun boş vaxtlarında mənim işim olur, mənim boş vaxtlarımda onun işi olur”.

Xatırladaq ki, Neslihan Atagül səhhətindəki problemə görə “Sefirin kızı” serialından ayrılıb.

Comment